Icma.az
close
up
RU
Nigeriyanın məşqçisi Osimheni nə üçün yığmaya çağırmayıb?

Nigeriyanın məşqçisi Osimheni nə üçün yığmaya çağırmayıb?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Viktor Osimhenin gələcək taleyinin hər kəsə maraqlı olduğu bu günlərdə Nigeriya yığmasının baş məşqçisi Erik Şell də onunla bağlı açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray''da ideala yaxın bir mövsüm keçirən və əla formada olan bu futbolçunun Nigeriya yığmasına dəvət almaması diqqət çəkib.
Afrikalılar mayın 28-də Qana, mayın 31-də Yamayka ilə qarşılaşıblarsa, iyunun 6-da Rusiya ilə üz-üzə gələcəklər. Bu oyunların hamısı yoldaşlıq xarakteri daşıyır. Erik Şell əsas ulduzunu yığmaya çağırmamasını belə izah edib:

''Mənim üçün Osimhen hazırda dünyanın ən güclü mərkəz hücumçusudu. Ancaq çox gərgin bir mövsüm keçirdi. Həm də indi transfer dönəmidi. Onun isə yeni klubu bəlli deyil. Belə olan halda bu cür ulduzların meydana yüz faiz konsentrasiya ilə çıxması çətin olur. Bu üzdən onu həm fiziki, həm də psixoloji cəhətdən qorumaq istədim. Daha rahat şəkildə transfer durumuna köklənməsinə şərait yaratdım.
Bəlkə də ''Mançester Yunayted'', ''Çelsi'', ''Barselona'' və ya ''Real'' səviyyəsində bir kluba yollanacaq. Ona görə də indi yalnız buna konsentrasiya olmalıdı. Osimhen qədər qola və qələbəyə ac olan nadir futbolçu görmüşəm. Hətta məşqdə adi ikitərəfli oyunda da uduzmağı xoşlamır. Məşq bitdikdən sonra əlavə olaraq meydanda qalıb qollar vurmağa çalışır. Mənə elə gəlir ki, o, yatanda yuxuda da qollar vurur''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyun 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri