Nikahsız arvadını döydü, qadın polisə verdi

09.06.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Ələkbər birgə yaşadıqları evdə qeyri-rəsmi nikah münasibətində olduğu arvadı İlahə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı yumruğu ilə arvadının baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Faktla bağlı Ələkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkəndə ərini bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb. 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью