Nikahsız arvadını döydü, qadın polisə verdi
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabirabad rayonunda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Ələkbər birgə yaşadıqları evdə qeyri-rəsmi nikah münasibətində olduğu arvadı İlahə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı yumruğu ilə arvadının baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Ələkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkəndə ərini bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nikahsız yaşayanlar cərimələnəcək? AÇIQLAMA
09 İyul 2025 13:43
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 İyul 2025 16:41
Nikahsız “ailə” modeli: cəmiyyətin fikri nədir?..
11 İyun 2026 15:05
Nikahsız verilən qızıllar kimə məxsusdur? Vəkil açıqladı
13 Avqust 2026 17:00
51 yaşlı kişi ilə bir evdə nikahsız yaşayan qadın döyüldü
23 İyun 2026 16:13
Baxış sayı:129
Bu xəbər 09 İyun 2026 15:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları