Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ermənistanda kilsə ilə Baş nazir Nikol Paşinyan arasında münasibətlər getdikcə kəskinləşir.
Bu gələn il keçiriləcək parlament seçkilərində Paşinyanın kilsənin təsir imkanlarını minimuma endirmək cəhdi kimi də dəyərləndirilir.
Nəzərə alaq ki, Ermənistan cəmiyyətində kilsə kifayət qədər təsir imkanlarına malikdir.
Paşinyanın məhz kilsəni hədəfə alması da heç də təəcüblü görünmür".
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında politoloq Ramiyə Məmmədova Ermənistanda kilsənin təsir dairəsinə diqqət çəkib.
O, bu ölkədə kilsənin dövlətlə heç bir bağlılığı olmasa da, siyasi proseslərə ciddi yön verdiyini söyləyib: “Bir çox hallarda kilsə katalikoslarının verdiyi bəyanatlar cəmiyyətdə əsas xətt kimi götürülür.
Çünki cəmiyyətdə mütləq kəsim din faktoruna və din xadiminə daha çox güvənir.