Icma.az
close
up
RU
Nikol Paşinyan erməni kilsəsinə savaş açdı Hədəfi II Qaregindir

Nikol Paşinyan erməni kilsəsinə savaş açdı Hədəfi II Qaregindir

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistanda kilsə ilə Baş nazir Nikol Paşinyan arasında münasibətlər getdikcə kəskinləşir. Bu gələn il keçiriləcək parlament seçkilərində Paşinyanın kilsənin təsir imkanlarını minimuma endirmək cəhdi kimi də dəyərləndirilir. Nəzərə alaq ki, Ermənistan cəmiyyətində kilsə kifayət qədər təsir imkanlarına malikdir. Paşinyanın məhz kilsəni hədəfə alması da heç də təəcüblü görünmür".

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında politoloq Ramiyə Məmmədova Ermənistanda kilsənin təsir dairəsinə diqqət çəkib.

O, bu ölkədə kilsənin dövlətlə heç bir bağlılığı olmasa da, siyasi proseslərə ciddi yön verdiyini söyləyib: “Bir çox hallarda kilsə katalikoslarının verdiyi bəyanatlar cəmiyyətdə əsas xətt kimi götürülür. Çünki cəmiyyətdə mütləq kəsim din faktoruna və din xadiminə daha çox güvənir. Bunu nəzərə alaraq, kilsə vasitəsilə daxildə və xaricdə öz maraqlarını həyata keçirmək istəyənlər də az deyil. Bu, ən asan bir təsir vasitəsidir. Kilsəyə erməni lobbisi və digər donorlar tərəfindən edilən yardımlar fonunda onu öz istəklərinə uyğun yönəldə bilirlər. Bunu Ermənistanda siyasi hakimiyyətdə olan şəxslər çox yaxşı bilirlər”.

Politoloq Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən kilsə ilə aralarında ciddi ziddiyyətlərin olduğunu bildirib: “Bundan da onun özünə qarşı istifadə cəhdləri çox olub. Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə və II Qarabağ mühairbəsinin gedişində erməni kilsəsinin “fəaliyyəti” hər kəsə bəllidir. Vaxtilə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım siyasətində də kiləsinin “rolu” olduqca böyük olub”.

Ramiyə Məmmədova hesab edir ki, Ermənistanda hakimiyyətə qarşı olan qüvvələr indi kilsənin əli ilə təsir rıçaqlarını işə salıblar: “Paşinyan isə erməni cəmiyyətində kilsənin rolunu ifşa etməklə məşğuldur. Onun Eçmiədzin kilsəsinin və Ermənistanın katolikosu II Qareginin övladı olub-olmadığı ilə bağlı açıqlaması da bu mənada diqqətdən qaça bilməz. Çünki baş nazir sosial media hesabında yazmışdı ki, əgər II Qareginin subaylıq andını pozduğu üçün övladı olduğu ortaya çıxarsa, onda bütün ermənilərin katolikosu ola bilməz. Paşinyanın bu mesajından sonra II Qaregin Eçmiədzin kilsəsində yepiskopların toplantısına dəvət olunub. Kilsə və katolikos Ermənistan baş nazirinə aydınlaşdırıcı cavab verməyib. Bütün bunlar isə gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Paşinyana qarşı revanşistlərlə erməni kilsəsinin əl-qolunu bağlamaq üçün edilən cəhdlər kimi xarakterizə olunur”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli də Paşinyanla erməni kilsəsi arasında olan problemlərin xarakterinə toxunub.

O, Paşinyanla erməni kilsəsi arasında Ermənistanın bu günü və gələcəyi ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu deyib: “Fakt odur ki, erməni kilsəsi mövcud olduğu bütün dövrlərdə yalnız dini mərkəz kimi çıxış etməyib. O həm də ermənilərin siyasi mərkəzi olaraq çıxış edib. Kilsə hər zaman erməni millətçiliyini, müəyyən radikal ideyaları təbliğ edən mərkəz kimi çıxış edib”.

Ekspertin fikrincə, bu amillər kilsə ilə Paşinyan arasında münasibətlərin kəskinləşməsində böyük rol oynayıb: “Ermənistandakı revanşist qüvvələr və erməni diasporu ilə erməni kilsəsi arasında ciddi bağlar var. Bu üç qüvvənin baxış bucağında yaxınlıq mövcuddur”.

Mətin Məmmədliyə görə, erməni kilsəsi Ermənistan daxilində hakimiyyət uğrunda mübarizədə yaxın iştirak edir: “Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Görünən odur ki, erməni kilsəsi seçkilər ərəfəsində Paşinyana qarşı olan qüvvələrlə koordinasiyalı şəkildə öz “fəallığını” bir qədər artırıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri