Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “Hesabda önə keçdikdən sonra daha diqqətli olmalıydıq.
Təəssüf ki, qapımızda qol gördük və qələbəni əldən verdik. Lakin bu, futboldur. Rəqiblər də qələbə qazanmaq istəyir. Heç nə olmaz.
Yolumuza davam edirik”. İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Nikola Ninkoviç Azərbayc
O bildirib ki, çempionatdakı fasilədən maksimum faydalanmağa çalışacaqlar: “Fasilə hamı üçün faydalı olacaq. 3 yaxşı oyun keçirdik.
İndi bir qədər istirahət etməli, daha sonra tam gücümüzlə çalışmalıyıq”.
Ninkoviç mövsümün startının komandası üçün uğurlu alındığını bildirib: “3 oyuna 7 xal yaxşı nəticədir.
Üstəlik, nəzərə alsaq ki, rəqiblərimizdən biri “Qarabağ” olub. Lakin bu, sadəcə mövsümün startıdır. Əsas məsələ bunun ardını gətirməkdir”.
34 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “İmişli” ilə görüşdən də söz açıb: “Fasilədə ciddi çalışmalı, növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq.