Icma.az
close
up
RU
Nikola Ninkoviç: “Uğurlu startın ardını gətirmək lazımdır”

Nikola Ninkoviç: “Uğurlu startın ardını gətirmək lazımdır”

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Hesabda önə keçdikdən sonra daha diqqətli olmalıydıq. Təəssüf ki, qapımızda qol gördük və qələbəni əldən verdik. Lakin bu, futboldur. Rəqiblər də qələbə qazanmaq istəyir. Heç nə olmaz. Yolumuza davam edirik”.

İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Nikola Ninkoviç Azərbaycan Premyer Liqasının üçüncü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyun (1:1) barədə danışarkən deyib.

O bildirib ki, çempionatdakı fasilədən maksimum faydalanmağa çalışacaqlar: “Fasilə hamı üçün faydalı olacaq. 3 yaxşı oyun keçirdik. İndi bir qədər istirahət etməli, daha sonra tam gücümüzlə çalışmalıyıq”.

Ninkoviç mövsümün startının komandası üçün uğurlu alındığını bildirib: “3 oyuna 7 xal yaxşı nəticədir. Üstəlik, nəzərə alsaq ki, rəqiblərimizdən biri “Qarabağ” olub. Lakin bu, sadəcə mövsümün startıdır. Əsas məsələ bunun ardını gətirməkdir”.

34 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “İmişli” ilə görüşdən də söz açıb: “Fasilədə ciddi çalışmalı, növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq. “İmişli” ilə görüş də çətin olacaq. Ümumiyyətlə, heç bir oyun asan keçmir. Bununla belə, istənilən halda məqsədimiz qalib gəlmək, xal ehtiyatımızı artırmaqdır”.

Serb futbolçu “Sumqayıt”ın baş məşqçisi olan həmyerlisi Saşa İliç barədə də danışıb: “Təbii ki, İliçlə birgə işləməkdən məmnunam. “Sumqayıt”da çox gözəl ab-hava var. Baş məşqçimiz də çox çalışır, hər gün bizimlə söhbətlər aparır. Arzu edirəm ki, daha yaxşı çıxış edəcək və qələbələr qazanaq”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Sentyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see330

Livitt istefa verdi

13 Avqust 2026 00:16see250

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see235

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see197

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see197

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see177

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see175

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see175

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see170

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see167

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see166

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see166

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see162

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see162

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see161

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see161

100 yaşa qədər yaşamaq üçün qidalanma qaydasını AÇIQLANDI

12 Avqust 2026 22:17see158

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see147

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri