Nilay onları məhkəməyə verəcək Təzminat alacaq

17.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli aktrisa Feyza Civelek haqqında yayılan iddialara münasibət bildirib.

Axşam.az xəbər verir ki, “Kızılcık Şerbeti” serialında Nilay obrazını canlandıran aktrisa haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Son günlər müxtəlif sosial şəbəkə hesablarında haqqımda sistemli şəkildə aparılan qarayaxma kampaniyasının getdikcə artaraq davam etdiyinin şahidi oluram. Şəxsi hüquqlarımı və peşəkar fəaliyyətimi hədəf alan bu çirkin iddialar tamamilə həqiqətə uyğun deyil.

Şərəf və ləyaqətimi alçaldan, peşəkar nüfuzuma xələl gətirməyə yönələn bu əsassız və təhqiramiz iddiaları irəli sürən və yayan şəxslərlə bağlı vəkilim tərəfindən hüquqi prosesə başlanılıb. Həmin şəxslər barəsində cinayət işi üzrə şikayət veriləcək, mənəvi təzminat iddiası qaldırılacaq və bütün qanuni hüquqlarımdan istifadə edəcəyəm".

Qeyd edək ki, bundan əvvəl serialda Pembe obrazını canlandıran Sibel Taşçıoğlu da adından yayılan iddialara münasibət bildirmişdi. O, serialdan ayrılması və həmkarları ilə münasibətləri barədə yayılan məlumatları təkzib etmişdi.

Son günlər Feyzanın adından aktyor Çağatay Ulusoyun ona zəng edərək "Eşref tek" serialında çəkilməsi üçün yalvardığı və rol təklif etdiyi barədə iddialar da yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью