Nilay onları məhkəməyə verəcək Təzminat alacaq
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli aktrisa Feyza Civelek haqqında yayılan iddialara münasibət bildirib.
Axşam.az xəbər verir ki, “Kızılcık Şerbeti” serialında Nilay obrazını canlandıran aktrisa haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Son günlər müxtəlif sosial şəbəkə hesablarında haqqımda sistemli şəkildə aparılan qarayaxma kampaniyasının getdikcə artaraq davam etdiyinin şahidi oluram. Şəxsi hüquqlarımı və peşəkar fəaliyyətimi hədəf alan bu çirkin iddialar tamamilə həqiqətə uyğun deyil.
Şərəf və ləyaqətimi alçaldan, peşəkar nüfuzuma xələl gətirməyə yönələn bu əsassız və təhqiramiz iddiaları irəli sürən və yayan şəxslərlə bağlı vəkilim tərəfindən hüquqi prosesə başlanılıb. Həmin şəxslər barəsində cinayət işi üzrə şikayət veriləcək, mənəvi təzminat iddiası qaldırılacaq və bütün qanuni hüquqlarımdan istifadə edəcəyəm".
Qeyd edək ki, bundan əvvəl serialda Pembe obrazını canlandıran Sibel Taşçıoğlu da adından yayılan iddialara münasibət bildirmişdi. O, serialdan ayrılması və həmkarları ilə münasibətləri barədə yayılan məlumatları təkzib etmişdi.
Son günlər Feyzanın adından aktyor Çağatay Ulusoyun ona zəng edərək "Eşref tek" serialında çəkilməsi üçün yalvardığı və rol təklif etdiyi barədə iddialar da yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















