Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? İnanclar, adətlər... | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yer üzündəki bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir. Lakin bir məsələdə fikirlər üst-üstə düşür.
Belə ki, demək olar bütün ölkələrdə nişan üzüyü eyni barmağa taxılır. Xalq arasındam həmin adsız barmaq “üzük barmağı” deyə də adlandırılır.
Maraqlıdır, nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?
Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir? Modern.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.
Yaşlı nəslin sözlərinə görə, əvvəllər xanımlar barmaqlarının beşinə də üzük taxardı.
Əgər qadın yalnız baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram" deməkdir.
Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmaq isə qızın nişanlı olmağına işarə idi.
Tam oxu
Xəbəri oxu