Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? İnanclar, adətlər...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? İnanclar, adətlər...

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yer üzündəki bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir. Lakin  bir məsələdə fikirlər üst-üstə düşür.

Belə ki, demək olar bütün ölkələrdə nişan üzüyü eyni barmağa taxılır. Xalq arasındam həmin adsız barmaq “üzük barmağı” deyə də adlandırılır. Maraqlıdır, nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?  Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir?

Modern.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Yaşlı nəslin sözlərinə görə,  əvvəllər xanımlar barmaqlarının beşinə də üzük taxardı. Əgər qadın yalnız  baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram" deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmaq isə qızın nişanlı olmağına işarə idi. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı.  

Adsız barmağa ona görə nişanlı olanlar üzük taxırdı ki, bu barmağın ürəklə əlaqəsi olduğunu düşünürdülər.  Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da,ürəklərini birləşdirdiyinə inanırdılar.

Bəs üzük mərasimi qədim dünya mədəniyyətində  necə formalaşıb?

Qədim Misirdə halqa fiquruna böyük əhəmiyyət verilib. Bu işarənin mənası əbədiyyət və sonsuzluq demək idi. Fironların istifadə etdiyi bütün əşyaların, yataq örtüyünün, geyimlərin üzərində halqa işarələri var idi. Bununla fironlar özlərinin əbədi və sonsuz olaraq var olacaqlarına inanırdılar.

Bunun səbəbi kimi halqanın heç bir ucunun, sonunun olmaması qəbul edilirmiş. Bu  bir növ həyatın  dövranı, doğuluş və ölüm dövranı sayılırdı. Halqa həm də Günəşin simvolu hesab olunub. Misirlilər Günəşə Tanrının ən böyük enerji ocağı kimi ehtiram göstərirdilər. Qədim Misir heroqliflərində bu cür halqa işarələrinə çox rast gəlinir. Araşdırmaçılar hesab edir ki, nişan üzüyü və üzüyün adsız barmağa taxılması adəti də məhz misirlilərdən qaynaqlanıb.

Dövrümüzdə də nişanlı gənclərin, evli cütlüklərin sol əlinin adsız barmağını bəzəyən nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var.

Qədim Romada insanlar "vena amoris" deyə anlayışın olmağından danışırlar. Bu sözün tərcüməsi "eşq damarı" deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanc mğvcuddur.

Üzük mədəniyyəti hətta mağara dövründə də vardı. Sap və ya parçadan olan ilkin üzüklər xanımların bəzək əşyası sayılırmış və adsız barmağa taxılırmış. Adsız barmaqlardan birbaşa ürəyə fiziki və energetik bağlantı var imiş.

Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.

Bəzi Avropa ölkələrinin mədəniyyətinə görə, qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlı dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Hazırda da öz aktuallığını itirməyən nişan üzüyü demək olar ki, izdivacı olan bütün cütlüklərdə var. Lakin apardığımız sorğuya əsasən, nişanlı olan şəxslər, xüsusilə evləndikdən sonra üzük taxmaqdan imtina edir. Səbəblər müxtəlif olsa da, əsas fakt kimi qadınlar üzüyü itirmə qorxusunun olduğunu, kişilər isə gündəlik olaraq üzük taxmağın onlarda narahatlıq yaratdığını bildirir.

İstənilən halda üzük iki şəxsi bir- birinə bağlayan və münasibətin əsas təzahürü olan nisbi anlayışdır, bu anlayışın izdivacı olan cütlüklərdə heç zaman itməməsi gözəl olardı.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri