“Nissan” Yaponiyanın böyük avtomobil zavodunu bağlayacaq | Icma.az
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Nissan” Yaponiyanın böyük avtomobil zavodunu bağlayacaq “Nissan” 2028-ci ilin martına qədər Yaponiyanın Kanaqava prefekturasının Yokosuka şəhərindəki “Oppama” zavodunda avtomobil istehsalını dayandıracaq.
Bu barədə “Reuters” şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
Yapon avtomobil istehsalçısı gücü azaltmaq üçün qlobal yenidənqurma planının bir hissəsi olaraq istehsalı bu sahədən Fukuoka prefekturasındakı zavoduna köçürəcək.
Şirkət ümumi istehsal gücünü 3,5 milyon avtomobildən 2,5 milyona, istehsal sahələrinin sayını isə 17-dən 10-a endirməyi planlaşdırır.
Ötən həftə “Reuters” iki mənbəyə istinadən xəbər vermişdi ki, “Nissan” və Tayvanın “Foxconn” şirkətləri “Oppama” zavodu ilə bağlı danışıqlar aparırlar.
Agentlik izah edib ki, onun bağlanmasının qarşısını almaq üçün orada elektromobillərin istehsalı imkanlarını müzakirə edirlər.
“Nissan Oppama” zavodu 1961-ci ildə açılıb. Müəssisə Yaponiyanın ilk böyük avtomobil zavodlarından biri olub.
Tam oxu
Xəbəri oxu