“Nissan” Yaponiyanın böyük avtomobil zavodunu bağlayacaq
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Nissan” 2028-ci ilin martına qədər Yaponiyanın Kanaqava prefekturasının Yokosuka şəhərindəki “Oppama” zavodunda avtomobil istehsalını dayandıracaq. Bu barədə “Reuters” şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
Yapon avtomobil istehsalçısı gücü azaltmaq üçün qlobal yenidənqurma planının bir hissəsi olaraq istehsalı bu sahədən Fukuoka prefekturasındakı zavoduna köçürəcək.
Şirkət ümumi istehsal gücünü 3,5 milyon avtomobildən 2,5 milyona, istehsal sahələrinin sayını isə 17-dən 10-a endirməyi planlaşdırır.
Ötən həftə “Reuters” iki mənbəyə istinadən xəbər vermişdi ki, “Nissan” və Tayvanın “Foxconn” şirkətləri “Oppama” zavodu ilə bağlı danışıqlar aparırlar. Agentlik izah edib ki, onun bağlanmasının qarşısını almaq üçün orada elektromobillərin istehsalı imkanlarını müzakirə edirlər.
“Nissan Oppama” zavodu 1961-ci ildə açılıb. Müəssisə Yaponiyanın ilk böyük avtomobil zavodlarından biri olub. Uzun müddət bu sayt “Nissan” konserni üçün "flaqman" idi. Burada 3,9 min nəfər çalışır. Açılışdan bəri orada 17,8 milyondan çox avtomobil istehsal edilib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















