Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Niyaməddin Musayevin qızı Röya xanımla müğənni Təranə Qumralın qızı Qumral arasında qalmaqal yaşanıb.OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində müzakirə gedib.
Belə ki, Röya xanım Qumralın “Dünya sənin, dünya mənim” mahnısına etdiyi ifanı yutubdan sildirib.Qumral bunun üçün ona yazdığını iddia edib:“Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik.
Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən?
Mən də əziyyət çəkirəm”.Röya xanım isə Qumralın ona yazmadığını və mahnını səhv oxuduğunu bildirib:“O, mənə heç nə yazmayıb.
Sizdən xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram.
Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq.
Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir.