Niyaməddin Musayevin qızı Qumralın ifasını sildirdi Qalmaqal
Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Niyaməddin Musayevin qızı Röya xanımla müğənni Təranə Qumralın qızı Qumral arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində müzakirə gedib. Belə ki, Röya xanım Qumralın “Dünya sənin, dünya mənim” mahnısına etdiyi ifanı yutubdan sildirib.
Qumral bunun üçün ona yazdığını iddia edib:
“Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.
Röya xanım isə Qumralın ona yazmadığını və mahnını səhv oxuduğunu bildirib:
“O, mənə heç nə yazmayıb. Sizdən xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. Həm də o xanım ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, işimizə peşəkar yanaşmışıq. İcazə alınmalıdır”.
N. Musayev isə Qumralın mahnıdakı səhvi düzəltsə, icazə verə biləcəyini, həmçinin əsərləri ilə bağlı müəllif hüquqlarını qızı Röya xanımın qoruduğunu bildirib.
Xatırladaq ki, N. Musayev Qumralın anası T. Qumralın həyat yoldaşı, müğənni Musa Musayevin əmisidir. Onlar illərdir küsülüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















