Niyə aylıq internet paketi 28 gündür? Azercell dən AÇIQLAMA | Icma.az
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. "Azercell" iyulun 1-dən etibarən "aylıq" internet paketlərini 28 günlük müddət üçün təqdim edə
Bu dəyişiklik istifadəçilər arasında narazılıq yaradıb. Onlar bildirirlər ki, təqvim ayı 30-31 gündən ibarət olduğu halda, "aylıq" paketləri
Nəticədə, abunəçilər il ərzində 12 deyil, 13 dəfə paket almağa məcbur olacaqlar ki, bu da əlavə maliyyə yükü deməkdir.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azercell" şirkətindən bildirilib ki, bu yanaşma bir çox ölkədə tətbiq olunan beynəlxalq praktikadır və xidmətin sabit dövrlərlə idarə edilməsini, eyni zamanda hesabatlılığın daha şəffaf və dayanıqlı olmasını təmin edir: "Bu praktika artıq yerli bazarda da geniş şəkildə istifadə olunur.
Hazırda yerli tarif paketləri arasında 1, 14, 21 və 28 günlük istifadə müddətli təkliflər mövcuddur.
Təqvim aylarının uzunluğu dəyişkən (28-31 gün) olduğu halda, 28 günlük sistem daim sabit qalır və bu, həm istifadəçilər, həm də xidmət təminatçıları üçün idarəetməni sadələşdirir".
Şirkətdən həmçinin bildirilib ki, dəyişikliklər həm Azərbaycanda, həm də dünyada telekommunikasiya sektorunda gedən genişmiqyaslı transformasiyanın bir hissəsidir: "İstehlakçı davranışları dəyişir, abunəçilər telekommunikasiya şirkətlərindən inteqrasiya olunmuş və daha rahat rəqəmsal təcrübə gözləyirlər.
Bu səbəbdən paket əsaslı tariflər qlobal trendlərə uyğunlaşdırılır. Çünki bu yanaşma həm daha sadə, həm də daha sərfəlidir.
Tam oxu
Xəbəri oxu