Icma.az
close
up
RU
Niyə aylıq internet paketi 28 gündür? Azercell dən AÇIQLAMA

Niyə aylıq internet paketi 28 gündür? Azercell dən AÇIQLAMA

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Azercell" iyulun 1-dən etibarən "aylıq" internet paketlərini 28 günlük müddət üçün təqdim edəcək. Bu dəyişiklik istifadəçilər arasında narazılıq yaradıb. Onlar bildirirlər ki, təqvim ayı 30-31 gündən ibarət olduğu halda, "aylıq" paketlərin 28 gün üçün nəzərdə tutulması məntiqsizdir. Nəticədə, abunəçilər il ərzində 12 deyil, 13 dəfə paket almağa məcbur olacaqlar ki, bu da əlavə maliyyə yükü deməkdir.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azercell" şirkətindən bildirilib ki, bu yanaşma bir çox ölkədə tətbiq olunan beynəlxalq praktikadır və xidmətin sabit dövrlərlə idarə edilməsini, eyni zamanda hesabatlılığın daha şəffaf və dayanıqlı olmasını təmin edir:

"Bu praktika artıq yerli bazarda da geniş şəkildə istifadə olunur. Hazırda yerli tarif paketləri arasında 1, 14, 21 və 28 günlük istifadə müddətli təkliflər mövcuddur. Təqvim aylarının uzunluğu dəyişkən (28-31 gün) olduğu halda, 28 günlük sistem daim sabit qalır və bu, həm istifadəçilər, həm də xidmət təminatçıları üçün idarəetməni sadələşdirir".

Şirkətdən həmçinin bildirilib ki, dəyişikliklər həm Azərbaycanda, həm də dünyada telekommunikasiya sektorunda gedən genişmiqyaslı transformasiyanın bir hissəsidir:

"İstehlakçı davranışları dəyişir, abunəçilər telekommunikasiya şirkətlərindən inteqrasiya olunmuş və daha rahat rəqəmsal təcrübə gözləyirlər. Bu səbəbdən paket əsaslı tariflər qlobal trendlərə uyğunlaşdırılır. Çünki bu yanaşma həm daha sadə, həm də daha sərfəlidir.

Eyni zamanda, telekommunikasiya sektorunun iqtisadi reallıqlarına da uyğunlaşırıq. Bu dəyişikliklər xidmətlərimizin uzunmüddətli dayanıqlığını təmin etməklə yanaşı, müştərilərə daha geniş və ehtiyaclara uyğun seçimlər təqdim edir".

Qeyd edilib ki, dəyişikliklər davamlı və strateji xarakter daşıyır:

"Onlar "Azercell"in müştəri təcrübəsini təkmilləşdirmək və qlobal trendlərə uyğunlaşmaq strategiyasının tərkib hissəsidir. Məqsədimiz bütün xidmətlərin daha rahat, sürətli və şəffaf şəkildə təqdim olunmasıdır".

Xatırladaq ki, iyunun 19-dan "Azercell" fakturasız xətt istifadəçiləri üçün daha rahat və müştəriyönümlü bir yanaşma tətbiq etdiyini bildirərək bir sıra dəyişikliklər edib. Birinci dəyişiklik danışıq kartlarının istifadə müddətinin yenilənməsi və yükləmə məbləğlərinə görə bu müddətlərin sadələşdirilməsi ilə bağlıdır. İkinci dəyişiklik internetlə bağlıdır. Saatlıq internet paketlərində tətbiq olunan 2 Mbps sürət məhdudiyyəti ləğv olunur və gündəlik internet paketlərinin həcmi artırılır. Eyni zamanda, internet paketlərinin şərtləri və istifadə müddətləri yenilənir. Sonuncu dəyişiklik "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6", "GəncOl həftəlik", "GəncOl 6" və "GəncOl 9" kimi köhnə tariflərə yeni qoşulmalar dayandırılması ilə bağlıdır.

Əsas yeniliklərdən biri nömrənin aktiv qalması ilə bağlıdır. Əvvəllər nömrənin aktiv qalması balansda yüklənən məbləğə əsasən müəyyən edilirdi. Məsələn, 2 AZN yüklədikdə, nömrə yalnız 10 gün aktiv qalırdı. Bu müddət bitdikdə, hətta balansda istifadə olunmamış resurslar qalsa belə, xidmətlər dayandırılırdı. Yeni qaydaya əsasən, balansda tarifin abunə haqqı qədər - məsələn, 2 AZN - vəsait olduqda, nömrə 30 gün tam aktiv qalacaq. Bundan sonra nömrə 90 gün ərzində birtərəfli açıq olacaq - yəni istifadəçi gələn zəng və SMS-ləri qəbul edə biləcək.

Bildirilib ki, tariflərdə qiymət artırılmır, danışıq tarifləri olduğu kimi qalır. Sadəcə, əvvəlki qaydada nömrəni ikitərəfli aktiv saxlamaq üçün müəyyən məbləğlər balansa yükləmək ilə mümkün idi. İndi isə əlavə olaraq tarifin haqqını ödəməklə nömrəni tam 30 gün ikitərəfli aktiv saxlamaq mümkündür.

Qeyd edilib ki, köhnə tariflərin dayandırılmasının cari istifadəçilərə heç bir təsiri yoxdur. Əgər abunəçi artıq "Azercellim", "Bölgə", "GəncSim", "GəncOl" kimi tariflərdən birinə qoşulubsa, həmin tarifdən istifadə etməyə davam edə bilər. Sadəcə 1 iyul tarixindən etibarən yeni qoşulmalar qəbul edilməyəcək.

İyulun 1-dən etibarən danışıq kartının nominalı ilə nömrənin aktiv qalma müddəti arasında əlaqə olacaq. Əgər müştəri hər hansı tarifdən istifadə edirsə, o zaman sadəcə həmin tarifin aylıq abunə haqqını (bu 2 AZN, 5 AZN, 10 AZN və s. ola bilər) ödəməklə nömrəsini aktiv saxlamağa davam edəcək. Əgər müştəri tarifini vaxtında yeniləməyibsə və nömrə artıq birtərəfli rejimə keçibsə, o zaman xəttin yenidən aktivləşməsi üçün müəyyən məbləğ yükləyə bilər. Əgər yüklənən məbləğ tarifin aylıq haqqından azdırsa, bu halda nömrənin aktiv qalma müddəti yeni qaydalara əsasən hesablanacaq - məsələn, 1 manat 1 gün, 2 manat 2 gün və s.

Eyni zamanda, "Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədilə iyulun 1-dən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri