Niyə bəzi insanlar az yuxu ilə funksional və sağlam qala bilir? TƏDQİQAT | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC Bəzi insanlar gündə cəmi 4–6 saat yuxu ilə tam funksional və sağlam qala bilir.
Bu fenomen “təbii qısa yuxu fenotipi” kimi tanınır və nadir genetik mutasiyalarla əlaqələndirilir.
Tədqiqatlar göstərir ki, bu şəxslər yuxunun faydalarını daha səmərəli şəkildə əldə edə bilirlər.
AZƏRTAC “sciencealert” saytına istinadla xəbər verir ki, 2010-cu ildən bu yana aparılan genetik araşdırmalarda müəyyən gen mutasiyalarının yuxu səmərəliliyini artırdığı sübut edilib.
2025-ci ildə yayımlanan yeni bir araşdırmada bu nadir mutasiyaya sahib olan 70 yaşlı qadın gecə cəmi 6 saat yatmasına baxmayaraq, uzunmüddətli sağlam həyat tərzi sürüb.
Bu, genetik adaptasiyanın təsdiqi kimi qiymətləndirilir. Bununla belə, az yatmaq hər kəs üçün uyğun deyil.
Çoxları “təbii qısa yuxulu” olduğunu düşünsə də, əslində onlar xroniki yuxu çatışmazlığı yaşayır.
Tam oxu
Xəbəri oxu