Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər səhər yorğan-döşəyinizi səliqə ilə yığırsınız və bu nizamınıza görə fəxr edirsiniz? Bunu dərhal dayandırın!
Lent.az xarici KİV-ə istinadla bildirir ki, alimlər xəbərdarlıq edir: çarpayını dərhal yığmaq onu toz gənələrinin məskəninə çevirir - bu mikroskopik canlılar dəridən tökülən hüceyrələrlə qidalanır, allergiya, astma və daimi burun axıntısına səbəb olur.
Siz yorğanı düzəldərkən, milyonlarla görünməz parazit döşəkdə çoxalmaqda davam edir - bədən istiliyi və nəm onlar üçün ideal şərait yaradır.
Zərərsiz vərdiş necə sağlamlığa ziyan vurur və nə etmək lazımdır? Toz gənələri - mif deyil, çarpayınızın gerçək sakinləridir.
Onlar 20–25°C istilikdə və 70–80 faiz rütubətdə yaşamağı sevirlər - bu şərait isə insan yatarkən yaranır.
Səhər durduqdan dərhal sonra yatağı yığmaqla, tərinizi və dəri qırıntılarınızı içəri “bağlayırsınız” - nəticədə gənələr üçün ideal inkubator yaranır.
Kingston Universitetinin araşdırması göstərib ki, yığılmış yataqlarda allergenlərin miqdarı 3 dəfə çox olur.