Icma.az
close
up
RU
Niyə oyanandan dərhal sonra çarpayını yığmaq olmaz?

Niyə oyanandan dərhal sonra çarpayını yığmaq olmaz?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər səhər yorğan-döşəyinizi səliqə ilə yığırsınız və bu nizamınıza görə fəxr edirsiniz?

Bunu dərhal dayandırın!

Lent.az xarici KİV-ə istinadla bildirir ki, alimlər xəbərdarlıq edir: çarpayını dərhal yığmaq onu toz gənələrinin məskəninə çevirir - bu mikroskopik canlılar dəridən tökülən hüceyrələrlə qidalanır, allergiya, astma və daimi burun axıntısına səbəb olur.

Siz yorğanı düzəldərkən, milyonlarla görünməz parazit döşəkdə çoxalmaqda davam edir - bədən istiliyi və nəm onlar üçün ideal şərait yaradır.

Zərərsiz vərdiş necə sağlamlığa ziyan vurur və nə etmək lazımdır?

Toz gənələri - mif deyil, çarpayınızın gerçək sakinləridir. Onlar 20–25°C istilikdə və 70–80 faiz rütubətdə yaşamağı sevirlər - bu şərait isə insan yatarkən yaranır. Səhər durduqdan dərhal sonra yatağı yığmaqla, tərinizi və dəri qırıntılarınızı içəri “bağlayırsınız” - nəticədə gənələr üçün ideal inkubator yaranır.

Kingston Universitetinin araşdırması göstərib ki, yığılmış yataqlarda allergenlərin miqdarı 3 dəfə çox olur. Cəmi 1 qram döşək tozunda 15 000-ə qədər toz gənəsi ola bilər və onların ifrazatları - allergiyanın əsas səbəbidir.

Əlamətlər necə başlayır?

Əvvəlcə zərərsiz görünən asqırma ilə ardınca isə xroniki rinit, hətta bronxial astma ilə nəticələnə bilər. Bəs çarpayı yığmaqla gənələr arasında əlaqə nədir

Çox sadə

Yatağı yığmayanda, nəmlik buxarlanır günəş işığı və hava dövranı sayəsində rütubət azalır. Gənələr isə rütubət 50%-dən aşağı düşəndə məhv olurlar.

ABŞ Milli Ətraf Mühit Sağlamlığı İnstitutunun apardığı eksperiment sübut edib:

Günü boyu yatağı yığmamaq gənə sayını 30% azaldır. Əgər otaq havası dəyişdirilsə və birbaşa günəş işığı düşsə, bu rəqəm 60%-ə çatır.

Yatağı düzgün yığmadıqda nə olur?

Yorğanı tamamilə çarpayıdan götürün və çarşafı matrasın sonuna qədər qatlayın ki, yataq dəsti havalansın. Əgər səliqəsiz görüntüdən utanırsınızsa, nazik, hava buraxan örtük istifadə edin - bu, həm estetik, həm də sağlamlıq baxımından uyğundur.

Əlavə tövsiyələr

Döşəyi 3 aydan bir çevirin. Yastıq və yorğanları balkonda çırpın və ya 60°C-də yuyun. Gənələri buraxmayan membranlı hipoallergen çexollar alın.

Sintetik, yoxsa təbii?

Sintetik parçalar (poliester, akril) statik elektrik toplayır və tozu cəlb edir. Pambıq və kətan “nəfəs alır” və tez quruyur. Lakin onları da 7–10 gündən bir dəyişmək lazımdır.

Digər təhlükələr:

Baldaxinlər və yumşaq oyuncaqlar - toz yığır, yataq otağını allergen muzeyinə çevirir.

Kimlərə xüsusilə təhlükəlidir?

Astması olanlara

Atopik dermatitli insanlara

Ev heyvanı saxlayanlara

Heyvan tükləri və toz birlikdə həssaslığı artıran “kokteyl” yaradır.

Sağlam adamlar üçün də risk var

Şəhər sakinlərinin 45%-i toz gənələrinə qarşı gizli həssaslığa malikdir.

Nəticə

Təmizlik haqqında miflərə inanmayın. Bəzən bir az “qarışıqlıq” sağlamlığı qoruyur.

Eksperiment edin

1 həftə yatağınızı yığmayın

Günortaadək otağı havalandırın

Əgər burun axıntısı və qaşınma azalsa, günahkar tapıldı deməkdir.

Estetikanı pozmadan kompromis üçün:

Yorğanı sadəcə çarpayının ayaq tərəfində səliqə ilə qatlayın — bu həm səliqə, həm də sağlamlıq deməkdir. Yatağınız dincəlmək üçün yerdir, görünməyən düşmənlərlə mübarizə üçün yox. Perfeksionizmi başqa sahələrə saxlayın — ağciyərləriniz sizə təşəkkür edəcək. Rahat yatın, asan nəfəs alın — qoy toz gənələri yalnız qorxulu nağıllarda qalsın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri