Nizami Gəncəvinin məqbərə kompleksində çatlar yaranıb, ərazidəki yol çöküb | Icma.az
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nizami Gəncəvinin Gəncədə yerləşən məqbərə kompleksində çatlar yaaranıb, ərazidən keçən yol çöküb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, məqbərənin pilləkənlərində, stünlarda çatlar yaranıb. Bəzi üzlük lövhələr qopub.
Yaranan dərin çatlar gözlə aydın görünəcək həddə çatıb. 1947-ci ildə şairin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə
Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub.
2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub.
Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib. Məqbərə kompleksi tökmə torpaq üzərində inşa olunub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Teleqraf.com-un yerli bürosuna bildirilib ki, Nizami Gəncəvi Məqbərə kompleksinin ərazisinin müəyyən hissələrində zamanla çatlar yaranıb.
Tam oxu
Xəbəri oxu