Icma.az
close
up
RU
Nizami Gəncəvinin məqbərə kompleksində çatlar yaranıb, ərazidəki yol çöküb

Nizami Gəncəvinin məqbərə kompleksində çatlar yaranıb, ərazidəki yol çöküb

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nizami Gəncəvinin Gəncədə yerləşən məqbərə kompleksində çatlar yaaranıb, ərazidən keçən yol çöküb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, məqbərənin pilləkənlərində, stünlarda çatlar yaranıb. Bəzi üzlük lövhələr qopub. Yaranan dərin çatlar gözlə aydın görünəcək həddə çatıb. 1947-ci ildə şairin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə yenidən əsaslı təmir və tikinti işləri aparılıb. Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub. 2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib. Məqbərə kompleksi tökmə torpaq üzərində inşa olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Teleqraf.com-un yerli bürosuna bildirilib ki, Nizami Gəncəvi Məqbərə kompleksinin ərazisinin müəyyən hissələrində zamanla çatlar yaranıb.

Qeyd olunub ki, ərazi tökmə torpaq olduğundan, yaxınlıqdan avtomobillərin keçidi üçün nəzərdə tutulan körpüdən avtomobillərin, xüsusi ilə də yük avtomobillərinin yüksək sürətlə keçidi nəticəsində yaranan titrəmələr çatların yaranmasına səbəb olub:

"Belə halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə ərazidə sürət həddinin aşağı salınması üçün müraciət edilib və sürət həddinin azaldılması ilə bağlı qərar verilib. Ərazidə sürət həddinin aşağı salınması ilə bağlı yeni yol nişanları da quraşdırılıb. Görülmüş tədbirlərdən sonra, yaranan çatlarda hər hansı genişlənmə müşahidə olunmayıb. Çatların aradan qaldırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri