Nizami rayonunda qəza riski: Yolda müvafiq nişanın olmaması təhlükə yaradır VİDEO

30.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının Nizami rayonunda, Elşən Süleymanov küçəsində yaşayan sakinlər ərazidə müvafiq yol nişanının olmamasından narahatdırlar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə paylaşım sosial şəbəkədə müzakirə mövzusu olub.
Bildirilib ki, özlüyündə bu yer yüksək diqqət tələb edilən yol olsa da, ərazidə müvafiq yol nişanı olmadığı üçün sürücülər risk altına düşürlər.
"Həyətin giriş hissəsində, döngədə iriqabaritli avtomobilləri park edib gedirlər. Nəticədə həyətdən çıxan sürücü yolun solundan gələn avtomobilləri görmür və nəticədə qəza şəraiti yaranır və tez-tez qəzalar baş verir.
Bura ikitərəfli yol olsa da, bir tərəfi maşınlarla tam tutulub. Bu səbəbdən də 10 nömrəli liseyin qarşısından metronun "Xalqlar dostluğu" stansiyasına qədər nə piyada, nə də avtomobillə hərəkət etmək mümkündür", - deyə şikayətçilərdən biri yazıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov əraziyə baxış keçiriləcəyini bildirib.
"Baxışdan sonra təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq işlər icra ediləcək", - deyə T.Orucov qeyd edib.

Oxunub 10

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью