Nizami rayonunda qəza riski: Yolda müvafiq nişanın olmaması təhlükə yaradır VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda, Elşən Süleymanov küçəsində yaşayan sakinlər ərazidə müvafiq yol nişanının olmamasından narahatdırlar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə paylaşım sosial şəbəkədə müzakirə mövzusu olub.
Bildirilib ki, özlüyündə bu yer yüksək diqqət tələb edilən yol olsa da, ərazidə müvafiq yol nişanı olmadığı üçün sürücülər risk altına düşürlər.
"Həyətin giriş hissəsində, döngədə iriqabaritli avtomobilləri park edib gedirlər. Nəticədə həyətdən çıxan sürücü yolun solundan gələn avtomobilləri görmür və nəticədə qəza şəraiti yaranır və tez-tez qəzalar baş verir.
Bura ikitərəfli yol olsa da, bir tərəfi maşınlarla tam tutulub. Bu səbəbdən də 10 nömrəli liseyin qarşısından metronun "Xalqlar dostluğu" stansiyasına qədər nə piyada, nə də avtomobillə hərəkət etmək mümkündür", - deyə şikayətçilərdən biri yazıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov əraziyə baxış keçiriləcəyini bildirib.
"Baxışdan sonra təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq işlər icra ediləcək", - deyə T.Orucov qeyd edib.
Oxunub 10
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















