Icma.az, Footbal-plus saytına istinadən bildirir. Bu gün keçiriləcək “Elfsborq” – “Qarabağ” matçının baş hakimi Antonio Nobredi.“Football-pl
Yüksək liqada 90 oyun idarə edən “fit sahibi” bu matçlarda 525 sarı, 32 qırmızı vərəqə göstərib.
Hakim Cənubi Kipr, Yunanıstan və Fransanın əsas çempionatlarında da iş başında olub.
2019-cu ildən beynəlxalq yarışlara təyinat alan referi Çempionlar, Avropa, Konfrans, Millətlər və Gənclər Liqasında, həmçinin yoldaşlıq oyunlarında, 17, 19 və 21 yaşadək futoblçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində meydana çıxdığı sınaqlarda ədaləti təmsil edib.Nobre daha əvvəl millimizin də matçını idarə edib.
Dəqiq desək, 2019-cu ildə U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində səfərdə fransalı həmyaşıdlarına uduzduqları (0:5) matçda iş başında olub.Ümumiyyətlə, referi indiyə qədər 261 oyuna təyinat alıb.
O, bu matçlarda 1363 sarı, 85 qırmızı vərəqə göstərib.KƏNAN BAHADIR Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.