Nobrenin fiti yığmaya 0:5 bəxş edib... Bəs “Qarabağ”? TANITMA
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Bu gün keçiriləcək “Elfsborq” – “Qarabağ” matçının baş hakimi Antonio Nobredi.
“Football-plus.az” “köhlən atlar”ın Avropa Liqasının əsas mərhələsinin 6-cı tur oyununu idarə edəcək portuqaliyalı haqda ətraflı məlumatı təqdim edir.
Nobre ölkəsinin ən təcrübəli, demək olar ki, bütün futbol üzrə turnirlərdə çıxış edən ədalət təmsilçilərindən biridi. Yüksək liqada 90 oyun idarə edən “fit sahibi” bu matçlarda 525 sarı, 32 qırmızı vərəqə göstərib. Hakim Cənubi Kipr, Yunanıstan və Fransanın əsas çempionatlarında da iş başında olub. 2019-cu ildən beynəlxalq yarışlara təyinat alan referi Çempionlar, Avropa, Konfrans, Millətlər və Gənclər Liqasında, həmçinin yoldaşlıq oyunlarında, 17, 19 və 21 yaşadək futoblçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində meydana çıxdığı sınaqlarda ədaləti təmsil edib.
Nobre daha əvvəl millimizin də matçını idarə edib. Dəqiq desək, 2019-cu ildə U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində səfərdə fransalı həmyaşıdlarına uduzduqları (0:5) matçda iş başında olub.
Ümumiyyətlə, referi indiyə qədər 261 oyuna təyinat alıb. O, bu matçlarda 1363 sarı, 85 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Dekabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















