Norveç hərəkətə keçdi 13 milyon dollar göndərilir

24.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Norveç hökuməti Fələstin əhalisinə əlavə maliyyə yardımı ayırmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, Norveç Fələstində mülki əhalinin ehtiyaclarının qarşılanması üçün 13 milyon dollar yardım göndərəcək. Norveçin xarici işlər naziri Espen Barth Eide yazılı açıqlamasında Fələstinlilərə beynəlxalq dəstəyin əvvəlkindən daha çox lazım olduğunu bildirib.

Nazirin sözlərinə görə, 13 milyon dollar məbləğində yardım BMT və Dünya Bankı vasitəsilə Fələstin əhalisinə çatdırılacaq. Eide İsrail ordusunun işğal altındakı Qərbi Şəriədəki fəaliyyətlərinin də ciddi narahatlıq doğurduğunu qeyd edib. Dominos pizza

Norveç mətbuatının məlumatına görə, ölkə 2026-cı il ərzində Fələstinlilərə ümumilikdə 105 milyon dollardan çox yardım göndərib.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью