Norveç hərəkətə keçdi 13 milyon dollar göndərilir
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Norveç hökuməti Fələstin əhalisinə əlavə maliyyə yardımı ayırmaq qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, Norveç Fələstində mülki əhalinin ehtiyaclarının qarşılanması üçün 13 milyon dollar yardım göndərəcək. Norveçin xarici işlər naziri Espen Barth Eide yazılı açıqlamasında Fələstinlilərə beynəlxalq dəstəyin əvvəlkindən daha çox lazım olduğunu bildirib.
Nazirin sözlərinə görə, 13 milyon dollar məbləğində yardım BMT və Dünya Bankı vasitəsilə Fələstin əhalisinə çatdırılacaq. Eide İsrail ordusunun işğal altındakı Qərbi Şəriədəki fəaliyyətlərinin də ciddi narahatlıq doğurduğunu qeyd edib. Dominos pizza
Norveç mətbuatının məlumatına görə, ölkə 2026-cı il ərzində Fələstinlilərə ümumilikdə 105 milyon dollardan çox yardım göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Sentyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















