Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Rusiya "Burevestnik" qitələrarası qanadlı raketini Novaya Zemlya arxipelaqında sınaqdan keçirib.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi Norveç kəşfiyyatının başçısı vitse-admiral Nils Andreas Stensyonesə istinadən xəbər verir.
"Rusiyanın Novaya Zemlyada "Skyfall" uzaqmənzilli qanadlı raketinin ("Burevestnik"in NATO kodifikasiyasında adı) yeni sınaq buraxılışlarını həyata keçirdiyini təsdiqləyə bilərik", - deyə Stensyones vurğulayıb.
Oktyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov "Burevestnik"in bu ayın 21-i sınaqdan keçirildiyini barədə məlumat vermişdi, lakin buraxılış yerini göstərməmişdi.
Bildirilmişdi ki, sınaq zamanı raket təxminən 15 saat havada qalıb, 14 min km məsafə qət edib.