Norveç kəşfiyyatı Rusiyanın Burevestnik raketini harada sınaqdan keçirdiyini açıqladı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Rusiya "Burevestnik" qitələrarası qanadlı raketini Novaya Zemlya arxipelaqında sınaqdan keçirib.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi Norveç kəşfiyyatının başçısı vitse-admiral Nils Andreas Stensyonesə istinadən xəbər verir.
"Rusiyanın Novaya Zemlyada "Skyfall" uzaqmənzilli qanadlı raketinin ("Burevestnik"in NATO kodifikasiyasında adı) yeni sınaq buraxılışlarını həyata keçirdiyini təsdiqləyə bilərik", - deyə Stensyones vurğulayıb.
Oktyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov "Burevestnik"in bu ayın 21-i sınaqdan keçirildiyini barədə məlumat vermişdi, lakin buraxılış yerini göstərməmişdi.
Bildirilmişdi ki, sınaq zamanı raket təxminən 15 saat havada qalıb, 14 min km məsafə qət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 Oktyabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















