Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qrenlandiya ətrafında yaranmış böhran səbəbindən NATO daxilində vəziyyət mürəkkəbləşib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Ture Onşuus Sandvik Osloda jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Qrenlandiya ətrafında yaranmış böhran səbəbindən NATO daxilində vəziyyət mürəkkəbləşib, lakin Qərb müttəfiqləri ümumi əsas rəqibin Rusiya olduğunu unutmamalıdır.
Sandvik vurğulayıb ki, Rusiya Arktika bölgəsində hərbi mövcudluğunu gücləndirir. “Bu çətin bir dövrdür.
NATO-da vəziyyət mürəkkəbdir”, – Norveçin müdafiə naziri əlavə edib.
Bununla yanaşı, o deyib ki, Qərb ölkələri və NATO üzvləri üçün əsas təhlükə əvvəlki kimi Rusiyadır: “Qərb üçün və NATO-nun bütün üzvləri üçün əsas təhlükə, əvvəllər olduğu kimi, bu gün də Rusiyadır”.
Qeyd edək ki, bir gün əvvəl Norveçin xarici işlər naziri Espen Bart Eyde də Qrenlandiya ətrafında gərginliyin artması fonunda Avropa üçün Ukraynanın prioritet olaraq qaldığını və bu səbəbdən Aİ-nin Rusiya–Ukrayna müharibəsinin nizamlanmasında ABŞ-ın iştirakını qoruyub saxlamaq istədiyini açıqlayıb.