Norveç müdafiə naziri: Qrenlandiyaya görə NATO daxilində vəziyyət mürəkkəbləşib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qrenlandiya ətrafında yaranmış böhran səbəbindən NATO daxilində vəziyyət mürəkkəbləşib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Ture Onşuus Sandvik Osloda jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Qrenlandiya ətrafında yaranmış böhran səbəbindən NATO daxilində vəziyyət mürəkkəbləşib, lakin Qərb müttəfiqləri ümumi əsas rəqibin Rusiya olduğunu unutmamalıdır.
Sandvik vurğulayıb ki, Rusiya Arktika bölgəsində hərbi mövcudluğunu gücləndirir.
“Bu çətin bir dövrdür. NATO-da vəziyyət mürəkkəbdir”, – Norveçin müdafiə naziri əlavə edib.
Bununla yanaşı, o deyib ki, Qərb ölkələri və NATO üzvləri üçün əsas təhlükə əvvəlki kimi Rusiyadır: “Qərb üçün və NATO-nun bütün üzvləri üçün əsas təhlükə, əvvəllər olduğu kimi, bu gün də Rusiyadır”.
Qeyd edək ki, bir gün əvvəl Norveçin xarici işlər naziri Espen Bart Eyde də Qrenlandiya ətrafında gərginliyin artması fonunda Avropa üçün Ukraynanın prioritet olaraq qaldığını və bu səbəbdən Aİ-nin Rusiya–Ukrayna müharibəsinin nizamlanmasında ABŞ-ın iştirakını qoruyub saxlamaq istədiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Yanvar 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















