Norveçin ən varlı adamlarından biri Polşada həlak oldu

02.05.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Norveçin ən varlı adamlarından biri  Viqner Lindal Olaysen Polşada avtomobil qəzasıda həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun idarə etdiyi "Jaguar" Tabor şəhəri yaxınlığında yüksək sürətlə ağaca çırpılıb.

Yerli polisin verdiyi məlumata görə, qəza zamanı avtomobildə 2 nəfər olub və hər ikisi dünyasını dəyişib.

Viqner Lindal Olaysen qızılbalıq yetişdirilməsi və istehsalı ilə məşğul olan "Novi Sea" şirkətinin sahibi idi. 1972-ci ildə atası tərəfindən yaradılan şirkət qızılbalıq istehsalı üzrə ölkədə liderlərdən biridir.

Şirkət yaydığı rəsmi açıqlamada 42 yaşlı sahibinin dünyasını dəyişdiyini təsdiqləyib.

Qeyd edək ki, "Kapital" jurnalının araşdırmalarına görə, Viqner Lindal Olaysen ən varlı 100 norveçli arasında yer alırdı.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью