Norveçin ən varlı adamlarından biri Polşada həlak oldu
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Norveçin ən varlı adamlarından biri Viqner Lindal Olaysen Polşada avtomobil qəzasıda həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun idarə etdiyi "Jaguar" Tabor şəhəri yaxınlığında yüksək sürətlə ağaca çırpılıb.
Yerli polisin verdiyi məlumata görə, qəza zamanı avtomobildə 2 nəfər olub və hər ikisi dünyasını dəyişib.
Viqner Lindal Olaysen qızılbalıq yetişdirilməsi və istehsalı ilə məşğul olan "Novi Sea" şirkətinin sahibi idi. 1972-ci ildə atası tərəfindən yaradılan şirkət qızılbalıq istehsalı üzrə ölkədə liderlərdən biridir.
Şirkət yaydığı rəsmi açıqlamada 42 yaşlı sahibinin dünyasını dəyişdiyini təsdiqləyib.
Qeyd edək ki, "Kapital" jurnalının araşdırmalarına görə, Viqner Lindal Olaysen ən varlı 100 norveçli arasında yer alırdı.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 May 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















