Nottingem Forest Çelsi nin hücumçusu üçün mübarizəyə qoşuldu

17.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Nottingem Forest" "Çelsi"nin hücumçusu Liam Delapın transferi üçün mübarizəyə qoşulub. Sport24.az "TalkSport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. "Çelsi" isə heyətdə ixtisar etmək məqsədilə Delapın yay "transfer pəncərəsi"ndə komandadan ayrılmasına icazə verib.
Delap ötən yay "İpsviç"dən 30 milyon funt-sterlinq qarşılığında London klubuna keçib. Lakin hücumçu zədələr səbəbindən ilk mövsümündə gözləntiləri doğrulda bilməyib və Premyer Liqada cəmi 1 qol vurub.
Qeyd edək ki, Delapla "Nyukasl" və "Everton" da maraqlanır. "Çelsi"nin futbolçu üçün təxminən 40 milyon funt-sterlinq tələb etdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью