Nottingem Forest Çelsi nin hücumçusu üçün mübarizəyə qoşuldu
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Nottingem Forest" "Çelsi"nin hücumçusu Liam Delapın transferi üçün mübarizəyə qoşulub. Sport24.az "TalkSport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. "Çelsi" isə heyətdə ixtisar etmək məqsədilə Delapın yay "transfer pəncərəsi"ndə komandadan ayrılmasına icazə verib.
Delap ötən yay "İpsviç"dən 30 milyon funt-sterlinq qarşılığında London klubuna keçib. Lakin hücumçu zədələr səbəbindən ilk mövsümündə gözləntiləri doğrulda bilməyib və Premyer Liqada cəmi 1 qol vurub.
Qeyd edək ki, Delapla "Nyukasl" və "Everton" da maraqlanır. "Çelsi"nin futbolçu üçün təxminən 40 milyon funt-sterlinq tələb etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:“Nottingem Forest”in hücumçusu rekorda imza atıb
12 May 2025 09:56
Fənərbaxça Nottingem Forest Heyətlər
19 Fevral 2026 21:15
Ceyms Makate “Nottingem Forest”də!
17 Avqust 2025 17:58
Nottingem Forest hücumçu transfer edib
18 Avqust 2025 16:49
Nottingem Forest Yunus Musanı istəyir
03 Avqust 2025 14:23
Baxış sayı:83
Bu xəbər 17 Avqust 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















