Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər yeni eksperiment vasitəsilə insanlarla siçanlar arasında ortaq cəhətləri tapmağa çalışıblar.
Reyting.az-ın məlumatına görə, Nyu-Yorkda fəaliyyət göstərən Rokfeller Universitetinin tədqiqatçıları insanların "dil genini" siçanlara köçürdükdən sonra aparılan təcrübələr zamanı dəyişiklik baş verib.
Az müddət ərzində kiçik gəmiricilər gözlənilmədən yeni səs çıxarıblar.
Üstəlik, siçanlar yalnız bir səsi deyil, demək olar, bir musiqi aləti tonunu da tam mənimsəyiblər.
Genetik modifikasiyadan sonra siçanların balaları analarını ucadan səsləyiblər.
Elm adamları bildirirlər ki, sanki siçanlar yeni diapazona keçid edib və onların səsləri getdikcə adi siçanların səslərindən daha mürəkkəb hala gəlib.
Üstəlik, bu təsiredici əsas dəyişikliklər gəmiricilər böyüdükdə də davam edib.