Icma.az
close
up
RU
NOVA1 geni siçanları danışdırır

NOVA1 geni siçanları danışdırır

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Alimlər yeni eksperiment vasitəsilə insanlarla siçanlar arasında ortaq cəhətləri tapmağa çalışıblar.
Reyting.az
-ın məlumatına görə, Nyu-Yorkda fəaliyyət göstərən Rokfeller Universitetinin tədqiqatçıları insanların "dil genini" siçanlara köçürdükdən sonra aparılan təcrübələr zamanı dəyişiklik baş verib. Az müddət ərzində kiçik gəmiricilər gözlənilmədən yeni səs çıxarıblar. Üstəlik, siçanlar yalnız bir səsi deyil, demək olar, bir musiqi aləti tonunu da tam mənimsəyiblər.
Genetik modifikasiyadan sonra siçanların balaları analarını ucadan səsləyiblər. Elm adamları bildirirlər ki, sanki siçanlar yeni diapazona keçid edib və onların səsləri getdikcə adi siçanların səslərindən daha mürəkkəb hala gəlib. Üstəlik, bu təsiredici əsas dəyişikliklər gəmiricilər böyüdükdə də davam edib.
Elmi müşahidələri zamanı məlum olub ki, erkək siçanların hamısı cütləşmə dövründə dişi siçanların yaxınlığında dolanmaqla, onları özlərinə cəlb etmək üçün daha yüksək, zəngin və əsrarəngiz səslə əvvəlki hallarından fərqli vərdiş qazandıqlarını tez biruzə verməklə "oxumağa" başlayıblar. Alimlər siçanların çıxardığı bu yeni rəngarəng səsləri, eləcə də davranışları birbaşa "NOVA1" geninin güclü təsiri ilə əlaqələndiriblər.
Tədqiqatçıların fikrincə, əslində "NOVA1" geni unikal deyil. Bu gen adətən müxtəlif heyvanlarda, o cümlədən quşlarda və məməlilərdə olur. Ancaq insan versiyası yalnız bir amin turşusu ilə fərqlənir. Lakin bu ilk baxışdan kiçik səbəb kimi görünsə də, "NOVA1"-in mürəkkəb səslənmələrə cavabdeh olan genlərin aktivləşməsində təsir edə bilən əsas amil olduğu üzə çıxıb.
Alimlər müqayisə üçün vurğulayıblar ki, neandertallarda bu cür "NOVA1" geninin hətta oxşarı belə olmayıb. Tədqiqatçılara görə, ola bilsin, məhz bu kiçik mutasiya Homo Sapiensə üstünlük verib və qədim insan kobudluqla bərabər, təkcə kifayət qədər güc qazanmayıb, eyni zamanda da anlamaq, danışmaq, həmçinin danışıqlar aparmaq, birləşmək, toplumla yaşamaq bacarığını əxz edib.
Tədqiqatçılar "dil geni"-nin qədim Afrika populyasiyalarında meydana gəldiyini və bunun dönüş nöqtəsi ola biləcəyi barədə yeni ehtimal nəzəriyyəsini irəli sürüblər. Alimlərin fikrincə, bu təcrübələr bir daha onu sübut edir ki, fəlakətlər dövrlərində danışa bilən bütün canlılar sağ qala bilib, səssiz qalanlar, yəni bir-birilərini səslərlə və ya müxtəlif jestlərlə anlada bilməyən canlılar isə məhv olublar.
Rokfeller Universitetinin əməkdaşları deyiblər ki, laboratoriya şəraitində dəyişdirilmiş bu siçanlar hələlik aydınlığı ilə danışmırlar. Lakin tədqiqatçılar qrupu tamamilə əmindirlər ki, artıq onlar ancaq bircə molekulun köməyi ilə elm aləmində bütün təkamül dövrünü və onun əhatəli ssenarisini başlanğıcdan yaza bildiklərini sübut ediblər.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri