Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, dünya reytinqində dördüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç “Australian Open”də 103-cü qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, o, turnirin 1/4 final mərhələsində italiyalı Lorentso Muzetti ilə qarşılaşıb. Görüş serbiyalı tennisçinin xeyrinə başa çatıb. L.Muzetti üçüncü setdə zədə səbəbindən mübarizəni dayandırıb.
Bu nəticə ilə Novak Cokoviç “Australian Open” turnirinin tarixində ən çox qalibiyyət əldə edən tennisçi olub. O, bu göstəricidə 20 qat “Böyük Dəbilqə” çempionu, isveçrəli Rocer Federeri geridə qoyaraq, turnirin mütləq rekordçusuna çevrilib.
Qeyd edək ki, Novak Cokoviç “Australian Open” turnirinin 10 qat qalibidir.