Novak Cokoviç “Australian Open” turnirində qələbə rekordunu yeniləyib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, dünya reytinqində dördüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç “Australian Open”də 103-cü qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, o, turnirin 1/4 final mərhələsində italiyalı Lorentso Muzetti ilə qarşılaşıb. Görüş serbiyalı tennisçinin xeyrinə başa çatıb. L.Muzetti üçüncü setdə zədə səbəbindən mübarizəni dayandırıb.
Bu nəticə ilə Novak Cokoviç “Australian Open” turnirinin tarixində ən çox qalibiyyət əldə edən tennisçi olub. O, bu göstəricidə 20 qat “Böyük Dəbilqə” çempionu, isveçrəli Rocer Federeri geridə qoyaraq, turnirin mütləq rekordçusuna çevrilib.
Qeyd edək ki, Novak Cokoviç “Australian Open” turnirinin 10 qat qalibidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















