Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Namiq BilalABŞ-nin İranla bağlı planlarında iki prioritet məsələ var.
Bunlardan birincisi İslam Respublikasının nüvə potensialının məhv edilməsidir. Burda Ağ Evin geri addım atması mümkünsüzdür.
İkinci prioritet məsələ isə molla rejiminin ayaqda saxlanmasıdır. İlk baxışda ziddiyyətli görünür.
Lakin ABŞ-nin və onun yanındakı İsrailin bu günə qədər reallaşdırdıqları Böyük Orta Doğu siyasəti ziddiyyətli kimi görünən bu iki xəttin yan-yana aparılmasıdır.
Yol xeyli uzun oldu, amma sonuna yaxınlaşılır. Çoxdan gözlənilən qaynar hesablaşma gününün doğuracağı nəticələri hesablamaq üçün tərəflərin
ABŞ - İsrail cütlüyü üçün qırmızı xətt İranın nüvə silahına sahib olmasıdır. Buna əsla imkan verməyəcəklər.
İranın nüvə silahına sahib olması Birləşmiş Ştatların on illər boyunca qurduğu Böyük Orta Doğu arxitekturasını və İsrailin təhlükəsizliyi məsələsini darmadağın edərdi.
İran atom bombası yaradacaqsa, Türkiyə və Səudiyyə Ərabistanı da avtomatik olaraq nüvə silahı əldə edəcəklər.