Icma.az
close
up
RU
NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? Fras rejimi ya masaya oturdulacaq, ya da...

NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? Fras rejimi ya masaya oturdulacaq, ya da...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Namiq Bilal

ABŞ-nin İranla bağlı planlarında iki prioritet məsələ var. Bunlardan birincisi İslam Respublikasının nüvə potensialının məhv edilməsidir. Burda Ağ Evin geri addım atması mümkünsüzdür. İkinci prioritet məsələ isə molla rejiminin ayaqda saxlanmasıdır.

İlk baxışda ziddiyyətli görünür. Lakin ABŞ-nin və onun yanındakı İsrailin bu günə qədər reallaşdırdıqları Böyük Orta Doğu siyasəti ziddiyyətli kimi görünən bu iki xəttin yan-yana aparılmasıdır. Yol xeyli uzun oldu, amma sonuna yaxınlaşılır. Çoxdan gözlənilən qaynar hesablaşma gününün doğuracağı nəticələri hesablamaq üçün tərəflərin hansı qırmızı xəttlərinin olduğunu araşdırmağa çalışaq.

ABŞ - İsrail cütlüyü üçün qırmızı xətt İranın nüvə silahına sahib olmasıdır. Buna əsla imkan verməyəcəklər. İranın nüvə silahına sahib olması Birləşmiş Ştatların on illər boyunca qurduğu Böyük Orta Doğu arxitekturasını və İsrailin təhlükəsizliyi məsələsini darmadağın edərdi. İran atom bombası yaradacaqsa, Türkiyə və Səudiyyə Ərabistanı da avtomatik olaraq nüvə silahı əldə edəcəklər. Bir anlığa təsəvvür edək: İranın, Türkiyənin və Səudiyyə Ərabistanının əlində atom bombası var. Belə şəraitdə ABŞ - İsrail tandeminin Orta Doğudakı strateji üstünlüyündən söhbət belə gedə bilməz.

Yuxarıda deyildiyi kimi, ABŞ üçün İranla bağlı ikinci prioritet məsələ fars-molla rejiminin hakimiyyətdə qalmasıdır. Birləşmiş Ştatlar üçün fars rejimli İran iki mühüm funksiyanı yerinə yetirib. Bunlardan birincisi məzhəb düşmənçiliyi və İran - İsrail düşmənçiliyi üzərində qurulmuş idarə olunan konfliktlərdir. Bu kontrollu konfliktlər vasitəsi ilə Ağ Ev Böyük Orta Doğunu on illər boyunca bölüb və öz nəzarətində saxlayıb. İkinci mühüm funksiya isə odur ki, fars rejimli İran böyük Türk dünyasına qarşı ˝protivoves˝ rolunu oynayır. Türk dünyasını buxovlamaq üçün Qərb bu funksiyadan əsrlər boyu yararlanıb.

Qayıdaq molla rejiminin ABŞ ilə münasibətlərindəki qırmızı cizgiyə. Rəsmi Tehranın ən böyük qorxusu İranda iç toqquşmaların vüsət alması və dövlətin parçalanmasıdır. Bu məsələdə əsas təhlükə İran türklərindən gəlir. Son günlərin Urmiya hadisələri İrandakı türk faktorunun fars rejimi üçün nə qədər təhlükəli olduğunu bir daha aşkar şəkildə göstərdi. Çeşidli kəşfiyyat qurumlarının açıqladığı məlumatlara görə, fars rejimi nüvə bombası yaratmanın bir addımlığındadır. Deməli, manevr üçün əlavə vaxt yoxdur, İran nüvə silahı yaratmaqdan və raket texnologiyalarını inkişaf etdirməkdən vaz keçməsə, nüvə potensialı ağır bombalarla məhv ediləcək.

Planı həyata keçirmək üçün Pentaqon real hazırlıq işlərinə start verib. Hind okeanında, İrandan 4 min km məsafədə yerləşən və İngiltərənin nəzrətində olan Diyeqo Qarsiya adasına çox böyük ölçüdə silah-sürsat yığılır. Adaya yeraltı obyektləri dağıda bilən xüsusi bombalar və ağır bombardman təyyarələri yerləşdirilir.

Sual yarana bilər: ABŞ-nin Orta Doğu ölkələrində çox sayda hərbi bazası olduğu halda əməliyyatlar nə üçün belə uzaq adadan aparılacq? Cavab sadədir. Tehranın cavab zərbələrindən ehtiyyat edən Orta Doğu ölkələri öz ərazilərindəki bazalardan İrana zərbə endirilməsinə izn vermirlər. Diyeqo Qarsiya detalı ABŞ-nin İranla bağlı planlarının gerçəkliyini göstərən faktor kimi nəzərdən keçirilə bilər.

Tərəflərin qırmızı cizgiləri bilinirsə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini də təxmin etmək olar. ABŞ real müharibə hazırlığı başladaraq öz qırmızı xəttindən geri addım atmayacağını göstərir. Birləşmiş Ştatlar üçün maksimum plan İranın nüvə potensialını yox etmək və fars rejimini hakimiyyətdə saxlamaqdır. İran üçünsə maksimum plan, nüvə potensialı da daxil, bütün hərbi strukturunu qoruyub saxlamaq, ölkəni iç toqquşmalardan və parçalanmaqdan qorunmaqdır. Ağ Ev stavkasını edib, top İran tərəfdədir. Fars rejimi öz hərbi obyektlərinin vurulması halında İsraili və ABŞ-nin regiondakı bazalarını sərt şəkildə vürmaqla hədələyir. Bu, molla rejiminin blefidir. Belə ki, fars rejimi ABŞ bazalarını və İsraili həqiqətən vurarsa, qarşı tərəfin zərbələri yalnız nüvə obyektləri ilə məhdudlaşmayacq, İranın neft-qaz sənayesi başda olmaqla bütün infrastruktur obyektləri, həkimiyyət quruluşları və.s. çox ağır bombardmanlara məruz qalacaq. Həmin obyektlər yer altında gizlədilməyib, onları yerlə yeksan etmək üçün adi aviabombalar da yetərlidir. Belə ağır bombalama nə fars hakimiyyətinə, nə də İran adlı dövlətin bütöv qlmasına şans tanımaz.

Bu gün ABŞ və İran arasında bir sinir müharibəsi gedir. Tərəflər gərginliyi ən yüksək həddə qaldırırlar. Lakin fars rejimi Ağ Evin bombalama qərarının real olduğunu gördüyü anda, böyük ehtimalla, danışıq masasına oturacaq. İran qarşısında qoyulan şərtlər çox ağır və alçaldıcıdır. Ölkə həm nüvə silahı potensialından, həm də raket texnologiyalarından imtina etməlidir. Tehran gərginliyi o həddə qədər artırıb ki, təslimçi danışıqlar masasına oturması molla rejiminin ˝qorxudulduğu və sındırıldığı˝ anlamına gələcək. Bu səbədən, nisbətən daha kiçik ehtimal kimi, fars rejiminin bu texnologiyalardan imtina etməyəcəyi versiyası da nəzərdən keçirilməlidir.

İran məğlubiyyət masasına oturmayacaqsa, ABŞ İranın nüvə potensialına zərbələr endirəcək. Həmin zərbələrin nə dərəcədə effektli olacağı bilinmir. İstənilən halda molla rejimi nə İsrailə, nə də ABŞ-nin regiondakı bazalarına öldürücü zərbələr endirməyəcək. Çünki belə zərbələrin fars rejimi və İranın bütövlüyü üçün ölüm hökmü olduğunu rəsmi Tehran çoxdan hesaba alıb.

Nüvə potensialının məhv edilməsi isə fars rejiminin və İranın bötövlüyünün məhv edilməsi demək deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri