Növbəti prezident seçkilərində yenidən namizəd olacaq

21.08.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə məlumatı o, jurnalist Ali Toktakunova müsahibəsində açıqlayıb. 

“Növbəti seçkilərdə namizədliyimi irəli sürmək və işi davam etdirmək istəyirəm. Seçkilərdə iştiral etmək arzusunda olan hər kəs namizədliyini verə bilər. Heç kəsə məhdudiyyət qoyulmayacaq”, - deyə Japarov bildirib.

Qeyd edək ki, 57 yaşlı Sadır Japarov 2021-ci il yanvarın 28-dən Qırğızıstan prezidentidir. Respublika Konstitusiyasına əsasən, bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər. Ölkədə növbəti prezident seçkiləri isə 2027-ci il yanvarın 27-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью