Növbəti prezident seçkilərində yenidən namizəd olacaq
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Hurriyyet.Media xəbər verir ki, bu barədə məlumatı o, jurnalist Ali Toktakunova müsahibəsində açıqlayıb.
“Növbəti seçkilərdə namizədliyimi irəli sürmək və işi davam etdirmək istəyirəm. Seçkilərdə iştiral etmək arzusunda olan hər kəs namizədliyini verə bilər. Heç kəsə məhdudiyyət qoyulmayacaq”, - deyə Japarov bildirib.
Qeyd edək ki, 57 yaşlı Sadır Japarov 2021-ci il yanvarın 28-dən Qırğızıstan prezidentidir. Respublika Konstitusiyasına əsasən, bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər. Ölkədə növbəti prezident seçkiləri isə 2027-ci il yanvarın 27-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















