Növbəti təyyarə qəzası: Norveçdə

29.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Boeing 737 KLM aviaşirkətinə məxsus təyyarə Osloda eniş etdikdən sonra eniş zolağından çıxıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Oslo - Amsterdam reysini həyata keçirməli idi.

O, Norveç paytaxtının başqa bir hava limanından – Qardermon hava limanından havaya qalxıb. Lakin qalxdıqdan sonra təyyarənin hidravlik sistemlərindən birində nasazlıq yaranıb. Ekipaj Osloya geri dönməyi və başqa bir hava limanında eniş etməyi qərara alıb.

Məlumatlara görə, qəza enişi nəticəsində heç kim xəsarət almayıb.

Rəhman Mirzəlizadə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью