Növbəti təyyarə qəzası: Norveçdə
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Boeing 737 KLM aviaşirkətinə məxsus təyyarə Osloda eniş etdikdən sonra eniş zolağından çıxıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Oslo - Amsterdam reysini həyata keçirməli idi.
O, Norveç paytaxtının başqa bir hava limanından – Qardermon hava limanından havaya qalxıb. Lakin qalxdıqdan sonra təyyarənin hidravlik sistemlərindən birində nasazlıq yaranıb. Ekipaj Osloya geri dönməyi və başqa bir hava limanında eniş etməyi qərara alıb.
Məlumatlara görə, qəza enişi nəticəsində heç kim xəsarət almayıb.
Rəhman Mirzəlizadə, BakuPost

ABŞ da növbəti təyyarə qəzası...
06 Fevral 2025 01:32
İranda növbəti təyyarə qəzası Ölən var
04 Dekabr 2024 20:33
Təyyarə qəzası ilə bağlı növbəti TOPLANTI
27 Dekabr 2024 20:01
Gimnastımızın Norveçdə uğurlu çıxışı
04 Noyabr 2024 18:02
Norveçdə heyətlər məlum oldu
07 Noyabr 2024 21:29

