Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Bu, dünyada qadın hüquqlarının və gender bərabərliyinin önəmini vurğulayan xüsusi bir gündür.
Azərbaycanda qadınların ictimai, siyasi və iqtisadi həyatda iştirakı son illərdə artmaqda olsa da, hələ də bəzi sahələrdə çətinliklər mövcuddur.
Belə ki, qadınların rəhbər vəzifələrdə təmsil olunması, əmək bazarında bərabər imkanlara sahib olması, gender bərabərliyi və cəmiyyətdə qadınların daha yaxşı dəstəkləməsi kimi məsələlər gündəmdə qalır.
Bəs Azərbaycan cəmiyyətində qadının hüquqları və bərabərliyi ilə bağlı vəziyyət necədir? Hələ də cinsiyyətə görə bir maneə var mı?
Sosial həyatda qadınların rolu və cəmiyyətdəki təsiri necə dəyişib?
Məşhur müğənni Nura Suri “Cümhuriyət”-ə açıqlamasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətdəki mövqeyi, hüquqları və üzləşdikləri çətinliklərlə bağlı fikirlərini bölüşüb.
O, qadınların təkcə bu gün deyil, hər zaman dəyər görməli olduğunu vurğulayıb: "Qadınlara ildə bir gün ayırmaq çox azdır.