Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Nura Suridən qalmaqallı sözlər: “Deyirlər ki, qadınsansa, müğənnisənsə, deməli...”

Nura Suridən qalmaqallı sözlər: “Deyirlər ki, qadınsansa, müğənnisənsə, deməli...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu, dünyada qadın hüquqlarının və gender bərabərliyinin önəmini vurğulayan xüsusi bir gündür.

Azərbaycanda qadınların ictimai, siyasi və iqtisadi həyatda iştirakı son illərdə artmaqda olsa da, hələ də bəzi sahələrdə çətinliklər mövcuddur. Belə ki, qadınların rəhbər vəzifələrdə təmsil olunması, əmək bazarında bərabər imkanlara sahib olması, gender bərabərliyi və cəmiyyətdə qadınların daha yaxşı dəstəkləməsi kimi məsələlər gündəmdə qalır.

Bəs Azərbaycan cəmiyyətində qadının hüquqları və bərabərliyi ilə bağlı vəziyyət necədir? Hələ də cinsiyyətə görə bir maneə var mı? Sosial həyatda qadınların rolu və cəmiyyətdəki təsiri necə dəyişib?

Məşhur müğənni Nura Suri “Cümhuriyət”-ə açıqlamasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətdəki mövqeyi, hüquqları və üzləşdikləri çətinliklərlə bağlı fikirlərini bölüşüb. O, qadınların təkcə bu gün deyil, hər zaman dəyər görməli olduğunu vurğulayıb:

"Qadınlara ildə bir gün ayırmaq çox azdır. Məndən olsa, qadınlar üçün daha çox bayramlar olardı. Həmin günlərdə qadınlar işə getməsin, dövlət tərəfindən onlara xüsusi qayğı göstərilsin. Məsələn, maaşlarına əlavələr edilsin. Bayram sadəcə sözdə təbriklə məhdudlaşmamalıdır. Ətrafımızdakı insanlar ənənə xatirinə deyil, həmişə bizə dəyər verməlidirlər. Bu kimi günlərdə xanımlar üçün daha gözəl tədbirlər təşkil olunmalıdır".

“Xanımlar işləyir, öz ayaqları üstündə durur və seçimlərini sərbəst edirlər”

Müğənni qadınların cəmiyyətdəki mövqeyinin dünya miqyasında müzakirə olunduğunu bildirib:

"Qadınların cəmiyyətdəki mövqeyi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada aktualdır. Məsələn, Türkiyədə seriallar və filmlər vasitəsilə bu mövzuya diqqət çəkilir. Qadınlara qarşı zorakılıq, məcburi evliliklər, hüquqların məhdudlaşdırılması kimi problemlərə qarşı müxtəlif kampaniyalar aparılır ki, onların cəmiyyətdə mövqeyi güclənsin, daha hörmətli olsunlar, ailələri tərəfindən məcburi evləndirilməsinlər. Çünki bir çox ailələrdə hələ də belə hallar yaşanır. Qız hansısa bir yaşa çatır, ailəsi onu mütləq ərə vermək arzusuna düşür.

“Bircə qız böyüsün onu tez evləndirim” deyirlər. Amma indi “Qızım peşə sahibi olsun, özü öz ayaqları üzərində dursun” kimi fikirlər cəmiyyətdə formalaşıb. Azərbaycanda da bu mövzuda inkişaf müşahidə olunur. Qadın sahibkarların sayı artır, xanımlar kiçik bizneslə məşğul olurlar, gözəllik salonları, atelyelər açılır. Bu, çox sevindirici haldır, çünki qadınlar işləyir, öz ayaqları üstündə durur və seçimlərini sərbəst edirlər.

Artıq bu şeylər düzəlməyə doğru gedir. Mən buna baxıb sevinirəm". Məsələn, Amerikada tanınmış qadınların – aktrisa, jurnalist və aparıcıların başına gələn hadisələrlə bağlı “Skandal” adlı film çəkilmişdi. Bu film “Oskar” mükafatına da namizəd idi. Amerikada da qadın sənətçilər oxşar problemlərlə üzləşiblər.

“Skandal” filmi də real hadisələr əsasında çəkilib. Bu, bütün dünyada baş verən prosesdir. Yadınızdadırsa, Holivudda bir sıra məşhur aktrisalar, cinsiyyət ayrımçılığı və seksual təcavüzə qarşı mübarizəni simvolizə edərək, "Harvey Weinstein"ə, aparıcılar isə "Fox News"-un rəhbəri Roger Ailesə qarşı hüquqi addımlar atdılar. Bu hadisələr, Hollivudun qaranlıq aspektlərini gün yüzünə çıxardığı üçün geniş müzakirələrə səbəb oldu.

Hətta bu mövzuda "Oskar"a namizəd olan 'Skandal' filmi çəkildi ki, bu sektorda baş verən bu çətinlikləri insanlara çatdırmaq məqsədini güdürdü. Qadınlar öz sahələrində uğur qazanmaq istəyirlərsə, tez-tez belə maneələrlə qarşılaşırlar. Bu da bizim qürurumuza toxunur. Yəni bu kimi problemlər vardı. Amma mən düşünürəm ki, hazırda bu problemlərin qarşısı qismən alınıb. Bu mövzu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində aktualdır".

“Bəzən ən çox söyülən də sən olursan”

Müğənni sənət sahəsində qadınların üzləşdiyi çətinliklərdən də danışıb. Onun sözlərinə görə, müğənnilər tez-tez haqsız tənqidlərə və təhqirlərə məruz qalırlar:

"Müğənni qadınlar bərədə deyə bilərəm ki, kənardan bəzilərinə baxıb qiymət verirlər. Amma deyil. Azərbaycanda müğənni olmaq asan deyil. Mahnı almaq, onu tanıtmaq, klip çəkdirmək böyük vaxt və maliyyə tələb edir. Xüsusən də sən anasansa, övladlarına və ailənə vaxt ayırmalısan. İmkanın çatmadısa, 4-5 ay mahnı çıxarmadınsa, gündəmdən düşürsən. Üstəlik, ən çox tənqid edilən sənət adamları da müğənnilərdir. Burada mənfi cəhət odur ki, bəzən ən çox söyülən də sən olursan. Əvvəllər müğənnilər ən hörmətli insanlar idi.

Hamı onları tədbirində, məclisində görmək üçün pullar xərcləyirdilər. Zeynəb Xanlarova kimi sənətkarları görmək üçün konsertlərə gedirdilər. Onu da vurğulamalıyam ki, Zeynəb Xanlarova yeganə sənətkardır ki, heç vaxt toy məclislərinə getməyib. Amma indi vəziyyət çox acınacaqlıdır. İndi bayağı musiqilərin, bayağı ifaçıların və ağzının danışığını biməyənlərin təbliğatı aparılır. Burada televiziyalar və jurnalistləri qınayıram. Çünki hətta onları tənqid edərək də gündəmə gətirmək lazım deyil”.

“Deyirlər ki, qadınsansa, səhnədəsənsə, müğənnisənsə, deməli, düzgün yolda deyilsən”

Müğənni narahatlığını da dilə gətirib:

”Yəni biz daha çox əziyyət çəkirik və bizə qarşı belə bir yanaşma var ki, səhnədəsənsə, müğənnisənsə, deməli, sən düzgün yolda deyilsən. Demək sənə hər söz deyilə bilər. Yəni bu kimi halları qəbullana bilmirəm. Uzun müddətdir efirlərə çıxmıram. Fikirlərimi ancaq sosial şəbəkələrdə yazıram. Efirə çıxmamaq isə öz musiqimin təbliğatının qarşısını almaqdır. Çıxmamağıma səbəb danışılan mövzulardır. Sosial şəbəkələrdə isə bizə qarşı trollar var, məqsədyönlü şəkildə tənqid edirlər. Tənqid normaldır, amma tənqidçi olmaq üçün intellekt lazımdır. Tənqid etdiyi insana və gördüyü işə baxmalıdır ki, mənim buna haqqım çatırmı? Hətta təhqirlər olunur.

Bu, mənim üçün xoş deyil. Mənim 3 oğlum var, hərbçi ailəsindənəm, anam hərbçidir. Qadın vətən uğrunda döyüşüb. Mən belə bir qadının övladıyam. Mənə söz deyiləndə ona necə təsir? O, vətən üçün döyüşüb, amma onun övladına kimlərsə tanımadan-bilmədən istənilən ifadəni işlədirlər. O, narahat olur deyə çalışıram ki, bu şeylərdən uzaq qalım. Uzaq qaldıqca da qazancım azalır”.

“Bəzi hallarda restoran rəhbərləri qadın sənətçilərə qeyri-etik təkliflər edirdi”

Müğənni əvvəllər qadın sənətçilərin işlədikləri yerlərdə çətinliklərlə rastlaşdıqlarını, lakin son illərdə sosial şəbəkələrin təsiri ilə bu problemlərin azaldığını bildirib:

”Cinsiyyətə görə maneə əvvəllər də vardı, indi də var. Bu sosial şəbəkələrin bizə köməyi çox oldu. Əvvəllər hansısa bir restorana şou proqrama gedirdik. Bizim toylarımız ilboyu olmur. Məsələn, Ramazan və Məhərrəmlik aylarında, fevralda toylar az olur. Demək olar ki, ilin 6 ayı işsiz qalırıq. Nəticədə sənətçilər restoranlardakı şou proqramlara üz tuturlar. Dəfələrlə özüm də belə münasibətlə rastlaşmışam. Təəssüf ki, bəzi hallarda restoran rəhbərləri qadın sənətçilərə qeyri-etik təkliflər edirdi. Bir qadın olaraq şəxsən bunu özümə təhqir hesab edirəm. Mən halal pulumu qazanmaq üçün çalışıram. Onsuz da şou proqramdan qəpik-quruş qazanırıq.

Əgər əziyyət çəkib restorana gəlib pul qazanmaq istəyiriksə və bunun müqabilində kimləsə münasibətimiz olacaqsa, bu, bir Azərbaycan xanımını, müğənnini çox pis vəziyyətə salır. Dəfələrlə belə yerlərdən işdən çıxmışam və işsiz qalmışam. Yəni əvvəllər belə hadisələr olurdu. Ancaq indi sosial şəbəkələrin və ictimai qınağın təsiri ilə belə halların sayı azalıb. Qadın müğənnilərə qarşı artıq mən belə təkliflər görmürəm və eşitmirəm. İnsanlar öz davranışlarına daha çox diqqət yetirirlər".

Nura Suri vurğulayıb ki, bu problemlər yalnız Azərbaycana xas deyil:

"Amerikada da qadın sənətçilər oxşar problemlərlə üzləşiblər. “Skandal” filmi də real hadisələr əsasında çəkilib. Bu, bütün dünyada baş verən prosesdir. Qadınlar öz sahələrində uğur qazanmaq istəyirlərsə, tez-tez belə maneələrlə qarşılaşırlar. Bu da bizim qürurumuza toxunur. Belə problemlər vardı. Amma mən düşünürəm ki, hazırda bu problemlərin qarşısı qismən alınıb”.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri