Nurani dəfn EDİLDİ YENİLƏNİB

22.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.

Redaktor.az xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

***

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilir.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, mərhumun dostları və ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Nurani bu gün 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü T.Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью