Nurani dəfn EDİLDİ YENİLƏNİB
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.
Redaktor.az xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
***
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilir.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, mərhumun dostları və ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, Nurani bu gün 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü T.Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Avqust 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















